Ümidlerim göyermedi Şiiri - Sevinc Arzulu

Sevinc Arzulu
3711

ŞİİR


28

TAKİPÇİ

Ümidlerim göyermedi

Yaman çoxdur itirdiyim,
Yer qıymadı, göy vermədi.
Ürəyimdə btirdiyim,
Ümüdlərim göyərmədi.

Təsəllimi alammadım ,
Bircə dəstə al lalədən.
Göz yaşınmın hər dənəsi,
Gül üstündə xal jalədən.

İtirbmi insafını,
Çölü düzü gəzən külək.
Xəyalların ən safını,
Tapdalayıb əzən fələk.

Nədir sənin son niyyətin,
Bircə kəlmə deyərmisən.
Yoxdur sənin qətiyyətin,
Göz yaşına dəyərmisən.

Yatağını aşan çay da,
Bir gün geri dönəcəkdir.
Günəşi əks edən ay da,
Öz nurundan sönəcəkdir.

Sevinc Arzulu
Kayıt Tarihi : 21.4.2025 05:46:00
Yıldız Yıldız Yıldız Yıldız Yıldız Şiiri Değerlendir
Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!