Kim olacaq görən könül merimiz,
Ayrılıqda görünürmü yerimiz.
Ay əzizim, bizim gözəl şerimiz,
Misra-misra söylənərək incələr.
Gecəyarı pıçıldaşar ulduzlar,
Soyuğundan tənha ürəyim buzlar.
Qərib-qərib dolaşsam da gündüzlər,
Ah,yamanca üşüyərəm gecələr.
Biz uduzduq fələyin bu oynunda,
Haqqı-sayım yox idimi boynunda.
Qəfəs təki dar məzarın qoynunda,
Əbədilik yatan yaman dincələr.
Sis bürüyər göyün yeddi qatını,
Yaman çapar Əzrail öz atını.
Gen düzlərin çəmən-çəmən otunu,
Zaman-zaman kim əkər, kim becərər.
Ötənləri yadımıza salanda,
Yalan-yalnlış xəyallara dalanda.
Arzularım qanad-qanad çalanda,
Ümidlərim birər-birər cücərər.
Kayıt Tarihi : 6.4.2025 09:09:00





© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.
Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!