Arzular təpələnsin,
Bol ruzi səpələnsin.
Fərəhin ləpələnsin,
Qəm gölün qurut, balam.
Xəyalı dağ aşanda,
Gözü dolub daşanda,
Nənən tənhalaşanda,
Sən onu ovut, balam.
Üzündən nur tökülsün,
Dərdin beli bülkülsün.
Daim gözlərin gülsün,
Kədəri unut, balam.
Nənənin nəvəsisən,
Dayının həvəsisən.
Ananın nəfəsisən,
Göyərçin bulud,balam.
Eşit ana sözünü.
Heç söndürmə közünü.
Nuranənin gözünün
İşığı Ümid balam.
Kayıt Tarihi : 22.12.2025 15:35:00
Şiiri Değerlendir
© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.




Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!