Sən işıqlı asimanım,
Nur bürüsün ay simanı.
Mənim sirli talismanım,
Mənim üğur böcəyimsən.
Azad aldığım nəfəsim
Xoşbəxt yaşamaq həvəsim.
Ay nənənin gül nəvəsi,
Mənim vuran ürəyimsən.
Sən mənim alınmaz qalam,
Səndən ötrü halbahalam.
Sağlam yaşa Uğur balam,
Gözəlimsən, göyçəyimsən.
Kayıt Tarihi : 25.2.2021 05:02:00





© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!