Bu yolları heç yordun
Dost-tanışdan bir sordun .
Bir də göz açıb gördün ,
Sevdalın da qocaldı.
Diksinnəm qəfil səsdən,
Nəğmə deyərəm pəsdən.
Müxənnəsdən, nakəsdən,
Zaman özü öc aldı.
Gizlədər sis adamı,
Qaraldar his odamı.
Görürsən pis adamı,
Şeytannan da bac aldı.
Pozulmaz ki izlərim,
Qanamaz ki dizlərim .
Səni gördü gözlərim
Dünya yaman ucaldı.
Kayıt Tarihi : 19.1.2022 06:19:00





© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!