Aciz qalmaz kəlmələrim,
Yoxdur qaçaq gəlmələrim.
Düyün düşüb ilmələrim,
Igidsənsə aç görüm.
Tünd rəng varmı, de, qaradan,
Sədan gəlir gör haradan.
Belə yazıbdı Yaradan,
Taleyindən qaç görüm.
Yolun dağdan saldığını,
Mağarada qaldığını,
Gündüz gündən aldığını,
Qaranlıqda saç görüm.
Tərəzidir elin gözü,
Alışdırmaz sönən közü.
Vaxt-vədəsiz gələn sözü,
Sayırsanmı suç, görüm.
Şair sözüylə tanını,
Qorxu almasın canını.
Özün kəsdin sol yanını,
Tək qanadla uç görüm.
Kayıt Tarihi : 6.1.2023 16:03:00





© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.
Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!