Üç dost Şiiri - Sevinc Arzulu

Sevinc Arzulu
3708

ŞİİR


28

TAKİPÇİ

Üç dost

Sil sükutun səsini,
Silə bilsən nə deyim.
Seyr et şah pərdəsini,
Gör əyninə nə geyib.
Geyindiyi tüldürsə,yanaqları qızarar
Əgər üzə güldüsə,
Sakitlikdən sozalar.
Sükut ilə sakitlik
Həmqafiyə deyil ki.
Sükut ilə dost olmaq
Sakitliyə
Eyib ki?
Hay-küyün acığına
Səssizlik də yan aldı.
Beləcə bu üçlükdən
Gözəl dostluq yarandı.
Çal-çağır dünyamızda,
Üç dost tutaydı qərar.
Çətin ki qanımızda
Bu üç dosta meyil var.

Sevinc Arzulu
Kayıt Tarihi : 25.4.2018 19:08:00
Yıldız Yıldız Yıldız Yıldız Yıldız Şiiri Değerlendir
Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!

Sevinc Arzulu