TÜRKÜN DAŞ YADDAŞI
Ilk insan dünyaya gəldiyi yerdə,
Mən də var olaraq qol-budaq atdım.
Kökümlə sancıldım bu ulu yurda,
Şumer adında bir dövlət yaratdım.
Dunyanı mat qoydum Mixi yazımla,
Tarixdə izini qoyub da getdi.
Dastanlar bağladım telli sazımla,
Böyük bir epoxa, bir dövran bitdi.
Sonra da atımı çapıb dört nala,
Atlandım gün çıxan tərəfə doğru.
Baykalda. Orxonda ucaltdım qala,
Qarı düşmənlərin yarıldı bağrı.
Mən Turan adında dövlət də qurdum,
Sorağım yayıldı bütün dünyaya.
Nə dinclik bilmədim, nə də yoruldum,
Üzümü çevirdim ulu Tanrıya.
Göylərdə axtardım tək yaradanı,
Yerlərdə mən ona şərik görmədim.
O gündən də Türkün çağladı qanı,
Düşmənə arxamı heç çevirmədim.
Imperyalar qurdum adım, sanımla,
Tarixin zamanı mənə işlədi.
Üz-üzə dayandım olum-qalımla,
Yeni bir epoxa , dövran başladı.
Atımı səyirtdim Qıpçaq çölüylə,
Böyük köç eylədi ulusum, elim.
Səmt aldım Bozqurdun köməyi ilə,
Tarixdə yaşadı öz ana dilim.
Saxlaya bilmədi Slavyan da, Qot da,
Qarşımda diz çökdü Roma papası.
Gedib Avropaya yerləşdim hətta,
Atillam adlandı xalqlar atası.
Istədim dünyanı əlimə alım,
Yolum uzandıqca çox uzun getdim.
Istədim hər dövrə mən hakim olum,
Neçə millətlərin kamına çatdım.
Mən Səcuq adında, Kayı boyundan,
Fərqanə vadidən səfərə çıxdım.
Şanlı bir Türk idim Oğuz soyundan,
Keçdim Orta Doğunu sel kimi axdım.
Dirəndim Batının astanasına,
Qarşımda əyildi neçə məmləkət.
Fateh də adlandım qan bahasına,
Məni nə gözlədi bilmədim fəqət!
Tanrım əsir oldu böyük Allaha,
Özüm sə özümdən imtina etdim.
Özümə qayıda bilmədim daha,
Farsın, Ərəbin yoluyla getdim.
Əsərlər yaratdım Farsca, Ərəbcə,
Düşündüm mənası nə qədər dərin.
Bilmədim boynuma keçib kələbçə.
Boşuna ötüşdü ötən illərim.
Qəzəllər yaratdım, muğam oxudum,
Anlaya bilmədi ulusum , eilm.
Ilməsi dolaşan pərdə toxudum,
Çobanın dilində yaşadı dilim.
Ərəb zehniyyəti girdi başıma,
Tanrım əsirlikdən xilas olmadı.
Keçmişi həkk etdim daş yaddaşıma,
Oğuzun mirası mənə qalmadı.
Gözümə çəkildi qara pərdələr,
Artıq uzaqları görə bilmədim.
Anlamadım dərd üstünə dərd gələr,
Mən elmə töhvələr verə bilmədim.
Həyatın dolanbac yolları çoxdur,
Ilişdim dünyanın yan otağında.
O, kəsə heç zaman ümidlər yoxdur,
Qəflətə varacaq can otağında.
Kayıt Tarihi : 26.7.2025 20:46:00





© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.
Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!