Payız ömrün yazısam da,
Oxunmayan yazısam da.
Hərif-hərif yazılsam da,
Ilmə-ilmə toxunmadım.
Xatirənə sarılmışdım,
Göylərində sar olmuşdum.
Ağ gül kimi saralmışdım,
Çiçək təkin toxumladım.
Qəlb qapımı döyüb getdin,
Son sözünü deyib getdin.
Xatirimə dəyib getdin,
Mən könlünə toxunmadım.
Kayıt Tarihi : 20.6.2018 16:04:00





© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!