Sevən eşqlə öyünür,
Vüsalına söyünür.
Könlüm necə döyünür,
Içimdən titrəyirəm.
Qəmlə keçir həyatım,
Çağrılmır ki bayatım.
Qoymurlar ki boy atım.
Biçindən bitməyirəm.
Xatirələr al danım,
Işığına aldanım.
Yol gedəcək karvanım,
Köçümdən itməyirəm.
02.04.2019
Kayıt Tarihi : 3.4.2019 16:49:00





© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!