Titremedi Şiiri - Sevinc Arzulu

Sevinc Arzulu
3729

ŞİİR


28

TAKİPÇİ

Titremedi

Gərək ilk kəlmədən başa düşəydin,
Bu sevda səninçün ölümmüş, adam.
Həsrətin ağrısı yaşa düşəydi,
Içində ikiyə bölünmüş adam.

Nə qanun bilirdin, nə də qadağa,
Aldadıb gəzirdin gözəlləri sən.
Bənzətdin özünü uca bir dağa,
Təhrif də edirdin qəzəlləri sən.

Məhəbbət sağ əllə qapımı döyür,
Sol əllə həsrəti verir qabağa.
Vüsal tənha qalıb gözünü döyür.
Içəri girməyə vardır qadağa.

Getdin məni qoydun dərdlə baş-başa,
Ayağın altında yer titrəmədi?
Uzaqdan baxaraq etdin tamaşa,
Qəlbimdə dediyim şer titrəmədi?!

Sevinc Arzulu
Kayıt Tarihi : 29.4.2018 16:27:00
Yıldız Yıldız Yıldız Yıldız Yıldız Şiiri Değerlendir
Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!

Sevinc Arzulu