Tekliyim menim Şiiri - Sevinc Arzulu

Sevinc Arzulu
3738

ŞİİR


28

TAKİPÇİ

Tekliyim menim

Səni axtarıram izbəiz, dostum,
Görüşüb danışaq üzbəüz, dostum.
Qaldım bayquş ilə dizbədiz,dostum,
Uçar uzaqlara kəkliyim mənim.

Fələyinin başının tacı hicrana,
Ayrılıq qardaşa bacı hicrana.
Eh, necə son qoysun acı hicrana,
Sevdama həsrətdir təkliyim mənim.

Xar mənə sözünü eşitdirməzki?
Ürək bu haləti ötüşdürməz ki?
Bir dənə tərəvəz yetişdirməz ki,
Alaqla doludur ləkliyim mənim.

Sevinc Arzulu
Kayıt Tarihi : 5.7.2025 10:59:00
Yıldız Yıldız Yıldız Yıldız Yıldız Şiiri Değerlendir
Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!