Talenin Hökmü Şiiri - Seyraqif Coculu

Seyraqif Coculu
93

ŞİİR


2

TAKİPÇİ

Talenin Hökmü

TALENİN HÖKMÜ

Taleyin hökmünü dəyişmək olmaz!
Bu zalım fəlsəfə aldadır bizi.
Idrak etməyənlər haqqını bilməz,
Gümanlar çaşdırır əqidəmizi.

Insan bəndələşib hökmə qul olur,
Taleyim alnıma yazılıb deyir.
Fələyin qurduğu ağır yol olur,
Haqqın tərəzisi pozulub deyir.

Bu mizanda talelər də seçilir,
Zalımın zülümü çox ağırlaşır.
Tərəzi gözündə iman kiçilir.
Insan bu məqamda şox fağırlaşır.

Bəs onda məzlumun günahı nədir,
Taleyi əzəldən belə gətirir.
Bilən varmı görən günah kimdədi,
Insanlıq dərgahda dəyər itirir.

Bütün bu qovğalar hara baxırıq,
Zalımla, məzlumun arasıdadır.
Haqqı, ədaləti hey axtarırıq,
Bilmirik dünyanın harasındadır.

Əslində bilirik, bilənlər azdır,
Nadanlar içində gücsüz oluruq.
Harada əyridir, harada düzdür,
Doğru təlimləri az-az buluruq.

Seyraqif Coculu
Kayıt Tarihi : 27.7.2025 08:40:00
Yıldız Yıldız Yıldız Yıldız Yıldız Şiiri Değerlendir
Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!