Ürəyimin özülünü oydular,
Qan içməkdən usanaraq doydular.
Məni qəmlə əlbəyaxa qoydular,
Möhtac oldum bir dilbilməz qazıya.
Əzabla dərd arasında yoxdur fərq,
Hər ikisi edib məni yaman qərq.
Gəzdimsə də Şimal-Cənub, Qərblə Şərq,
Rast gəlmədim qismətindən razıya.
Qara rənglə yazılıbdır qədərim,
Ruhum uçub, qalıb quru bədənim.
Günü-gündən artır saçımda dənim,
Mən nə deyim tale yazan yazıya.
Kayıt Tarihi : 30.6.2018 17:49:00





© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!