Tanış gəlir bu qoxu,
Adını başdan oxu.
Gözümə şirin yuxu
Gələrmi sübhə kimi.
Görəsən heç ərirsən?
Torpağı becərirsən.
Içimdə cücərirsən,
Amansız şübhə kimi.
Od qala ocağında,
Nurlansın bucağın da.
Hicranın qucağında
Yatan bir körpə kimi.
Həsrətdən pislənərsən.
Yağışdan islanarsan
Eləcə paslanarsan,
Dəmirdən lövhə kimi.
Gəl çağıraq sim-simi,
Bəlkə qıra tilsimi.
Görək yıxar kim-kimi,
Dalaşaq sülhə kimi.
06.05.202.
Kayıt Tarihi : 9.5.2020 08:56:00





© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!