Soruşmuram Şiiri - Sevinc Arzulu

Sevinc Arzulu
3711

ŞİİR


28

TAKİPÇİ

Soruşmuram

Soruşmuram hardasan,
Soruşmuram kimləsən.
Dərdimi kimə deyim,
Nə olar ki dinləsən.

Dinlə sən ürəyimin,
Qəlb sıxan hekayəsin.
Yanarsan sən halıma,
Kəsilər də nəfəsin.

Ümidin üzülməyi,
Allah, yaman olurmuş.
Dərdlərin düzülməyi,
Axır zaman olurmuş.

Bitib tükənib artıq,
Gəlməyir də nəfəsim.
Daşa söykənib artıq,
Yıxılacaq qəfəsim.

İçindən çıxacaqdır,
Zülməti boğan günəş.
Gecəni yıxacaqdır,
Yenidən doğan günəş.

Sevinc Arzulu
Kayıt Tarihi : 6.4.2025 16:05:00
Yıldız Yıldız Yıldız Yıldız Yıldız Şiiri Değerlendir
Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!