Dilimdə əzbərdir aşiqin sözü,
Bir gün alışacaq sevginin közü.
Bilirsən, şirindir vüsalın özü,
Dəcəllik edərsə küncə qoyular.
Xar-tikan bitirər həsrət torpağı,
Düşərsə dondurar yaşıl yarpağı.
Qorxuram pozula gözəl növrağım,
Həyatın dibində dincə qoyular.
Qoşuldum zamanın hicran köçünə,
Sonsuz zənn etdiyim eşqin heçinə.
Həyat dediyimiz kitab içinə,
Xatirə səhifən incə qoyular.
Kiminsə ürəyi xoş olsun deyə,
Qəti nəzər salma içkiyə, meyə.
Adamın açdığı yaşıl süfrəyə,
Çörək yeməkdən də öncə qoyular.
Gözümün önündən ötdü ayrılıq,
Axır ki kamına yetdi ayrılıq.
Nə qədər ağalıq etdi ayrılıq,
Sonuna kök nida səncə qoyular?
Kayıt Tarihi : 25.2.2021 05:28:00





© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!