Kədəri, qüsəni soy gözlərindən,
Bu fani dünyadan doy gözlərində.
Mən öpüm doyunca qoy gözlərindən,
Onsuz da bu yolun sonu ayrılıq.
Sevgi aşiqlərçün deyil oyuncaq,
Məhəbbət sakitdir, vüsal utancaq,
Hicranın əyninə yaraşır ancaq,
Həsrətin bəmbəyaz donu ayrılıq.
Eh, doğru çıxmayır daha röya da,
Uzağa uçmayır mavi xülya da.
Elə gizlətmisən elə, dünyadan
Mən necə tapacam onu, ayrılıq?
Sevinc Arzulu
Kayıt Tarihi : 9.6.2018 17:23:00





© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!