Kədəri qəhr edirəm,
Qədəri bəhr edirəm.
Sizinlə fəxr edirəm,
Oğlan, qız qardaşlarım.
Xatirələr yeriyə,
Gün nurunda əriyə.
Illər dönə geriyə,
A məktəb yoldaşlarım.
Sirləri bölüşərdik,
Astaca gülüşərdik.
Kaş yenə görüşərdik,
Dostlarım, sirdaşlarım.
25.05.2019
Kayıt Tarihi : 29.5.2019 10:54:00





© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!