Şir tek Şiiri - Sevinc Arzulu

Sevinc Arzulu
3716

ŞİİR


28

TAKİPÇİ

Şir tek

Ağ atımı çapammadım,
Qumdan evcik yapammadım.
Ha axtardım, tapammadım
Gördüyümdən səni sordum.

Dindirəməz baxış məni,
Endirəməz naxış məni.
Söndürəməz yağış məni,
Alışacaq gizlin qordum.

Möhtac olub bax kim-kimə,
Ümidim var bir sim-simə.
Düşüb açılmaz tilsimə,
Eh, əvvəldən işi zordum.

Qəlbdə yanan şamı gördüm,
Arzu, murad,kamı gördüm.
Insafını hamı gördü,
Allah, deyən tək mən kordum.

Yaxınlaşma, bax geridən,
Hayqırsam yer oynar yerdən.
Nəyim əskik snayperdən,
Əğyarı köksündən vurdum.

Dünyanın hər üzün görüb,
Hicrin dərin izin görüb,
Qamışları söz tək hörüb,
Özümə alaçıq qurdum.

Qəm küncündə sən bir baqqal,
Həm acıdil, həm də naqqal.
Neynər mənə tülkü, çaqqal
Şir tək ayaq üstdə durdum.

Sevinc Arzulu
Kayıt Tarihi : 29.8.2021 08:27:00
Yıldız Yıldız Yıldız Yıldız Yıldız Şiiri Değerlendir
Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!

Sevinc Arzulu