Günəş deyil, ulduzladım, ayladım,
İşığımı qaranlıqa payladım.
Şaxta vurmuş xatirəni hayladım,
Göz yaşımı silərsənmi, a zalım.
Sönmüş közü ocaqlayıb rəqibim,
Küncə sıxıb, bucaqlayıb rəqibim.
Səni yaman qucaqlayıb rəqibim,
Nələr çəkdim, bilərsənmi, a zalım.
İstəmirəm soyuq küləklər əssin,
Yaz bitməmiş qış gəlməyə tələssin.
Necə deyim Allah insafın kəssin,
Mənə xoş gün dilərsənmi, a zalım.
Getməyəsən ayrılığın badına,
Naxələflik yaraşmaz ki adına.
Yansam əgər həsrətinin oduna,
Narın qarı ələrsənmi, a zalım.
Sənin yerin zirvədə uca taxtdır.
Qismətinə düşən taledir, baxtdır.
Gözlərimə görünmürsən nə vaxtdır,
Çağıranda gələrsənmi, a zalım.
Kayıt Tarihi : 5.4.2025 15:03:00





© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.
Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!