Silinmezsen Şiiri - Sevinc Arzulu

Sevinc Arzulu
3711

ŞİİR


28

TAKİPÇİ

Silinmezsen

Baxammadın sən gözümə,
Alışmadın od-közümə.
Gülüm, daha xoş sözümə,
Söhbətimə ilinməzsən.

Saçlarımda qar olsan da,
Harayıma kar olsan da,
Ürəyimdə var olsan da,
Kimsən? Nəsən? Bilinməzsən.

Gözlərimdə tək olmusan,
Hərdən güman,şəkk olmusan.
Əbədilik həkk olmusan,
Ürəyimdən silinməzsən.

Sevinc Arzulu
Kayıt Tarihi : 30.6.2018 17:48:00
Yıldız Yıldız Yıldız Yıldız Yıldız Şiiri Değerlendir
Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!

Sevinc Arzulu