Həsrət qalxar qara his tək,
Hicran durar bir iblis tək.
Üz-gözümə çöküb sis tək,
Bacarırsan, sil ahımı.
Xəyallarım as olubdur.
Ümidlərim xas olubdur.
Işlənməyib, pas olubdur
Kim təmizlər silahımı.
Gözünün nəmi ünündə,
Kədərin təmi günündə.
Dünyanın qəmi önündə,
Söz ən güclü silahımmı.
Kayıt Tarihi : 29.6.2018 07:26:00





© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!