Gəl ay gözlərimin qarası-ağı,
Sənsiz əriyibdir könlümün yağı.
Arayıb gəzərlər aranı,dağı
Axtarıb taparlar şerimdə səni.
Demirəm soyuq ol, sazaq ol, dostum,
Nə tələ, nə də ki duzaq ol, dostum.
Amansız fələkdən uzaq ol, dostum.
Görsə edam edər yerində səni.
Sevdanın yolları qaya-daşlıdır,
Ayrılıq bir divdir, yeddibaşlıdır.
Hələ də ağlayır,gözü yaşlıdır,
Xatirən qalıbdır gerində sənin.
Kayıt Tarihi : 5.4.2025 06:46:00





© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.
Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!