Çıxdın ağır qəzadan,
Uzaq olduq əzadan.
Səs gələr göy fəzadan,
Dua et axşam-səhər,
Boğmasın səni qəhər.
Artıq buzlar əriyib,
Çaylar, göllər yarıyıb.
Bir gün özün yeriyib
Ziyarətə gedərsən.
Muradına yetərsən.
Gül yağıbdır düzlərə,
Taqət gəlsin dizlərə.
Tanrım səni bizlərə.
Çox görməsin qardaşım.
Seymur,dostum- sirdaşım.
Kayıt Tarihi : 21.4.2022 15:09:00





© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!