Sevinc olub qayıtdım Şiiri - Sevinc Arzulu

Sevinc Arzulu
3716

ŞİİR


28

TAKİPÇİ

Sevinc olub qayıtdım

Zalım ayrılığı itirsə qədər,
Deməli, əziyyət olmayıb hədər.
Sanırdım həsrəti ötürsəm gedər,
Onun yoxluğundan dolub qayıtdım.

Çağırdım köməyə sim-simi, gəldim,
Sındırdım neçə min tilsimi, gəldim.
Sonuncu görüşə gül kimi gəldim,
Payız yarpağı tək solub qayıtdım.

Yaxından görünür həsrət binəsi,
Ox ilə doludur vəslin sinəsi.
Sənə toxunmasın bircə dənəsi,
Tikanı əlimlə yolub qayltdım.

Iblis keçər gah sağımdan, solumdan.
Vüsal tutar tez də mənim qolumdan.
Şeytanın sözüylə doğru yolumdan,
Heç dönmədim, Sevinc olub qayıtdım.

Sevinc Arzulu
Kayıt Tarihi : 31.7.2023 08:35:00
Yıldız Yıldız Yıldız Yıldız Yıldız Şiiri Değerlendir
Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!