Dünyamızda fərəh görək,
Çiçəklərdən çələng hörək.
Gəl yenə əl-ələ verək,
Qanad açsın gülüşümüz.
Ayrılıqlar baxta düşdü,
Vəslin rəsmi saxta düşdü.
Necə də pis vaxta düşdü,
Bu dünyaya gəlişimiz.
Gözəl duyğu məhəbbətdir,
Insanlara mərhəməttdir
Dörd bir tərəf müxənnətdir,
Kimdə aşır gör işimiz.
Danışmayır, laldı deyən,
Xoş xəyala daldı deyən.
Röyamıza qaldı deyən,
Bizim sevgi görüşümüz.
Kayıt Tarihi : 5.8.2021 06:50:00





© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!