Sevgi etirafı Şiiri - Sevinc Arzulu

Sevinc Arzulu
3716

ŞİİR


28

TAKİPÇİ

Sevgi etirafı

Toxundum sarı simə,
Bənd imiş ki bir himə.
Yarəb, tapşırım kimə,
Qəlbi təmiz, safımı.

Ay dövlətim, ay varım,
Güngörməz bəyaz qarım.
Görən alagöz yarım,
Dinləyərmi lafımı?

Bağlanıbdı bənd-bərəm,
Hicrana sinə gərəm.
Əyildim, çiçək dərəm,
Gül sardı ətrafımı.

Gözünü süzdürmüsən,
Kədərdə üzdürmüsən.
O qədər bezdirmisən,
Kəsmisən insafımı.

Bir vax gör neynəyəcəm,
Kədəri əyləyəcəm.
Ruhuna eyləyəcəm,
Sevgi etirafımı

Sevinc Arzulu
Kayıt Tarihi : 18.3.2020 12:56:00
Yıldız Yıldız Yıldız Yıldız Yıldız Şiiri Değerlendir
Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!

Sevinc Arzulu