Sevdam menim Şiiri - Sevinc Arzulu

Sevinc Arzulu
3719

ŞİİR


28

TAKİPÇİ

Sevdam menim

Taleylə oynadım oyun,
Axır ona əydim boyun.
Söylə,səndən necə doyum.
Qaragözlü sevdam mənim.

Mənsizlikdən bezərdinmi,
Qəmi gözdən sezərdinmi,
Tənhalığa dözərdinmi,
Qaragözlü sevdam mənim.

Kökdən düşüb vüsal tarım,
Qalmayıb əldə tutarım.
Səni harda de,axtarım,
Qaragözlü sevdam mənim.

Dağda duman,çəni gəzdim,
Saçındakı dəni gəzdim.
Hey axtardım,səni gəzdim,
Qaragözlü sevdam mənim.

Göydən yerə endim sənçün,
Ulduz idim,söndüm sənçün.
Lal heykələ döndüm sənçün,
Qaragözlü sevdam mənim.

Sevinc Arzulu
Kayıt Tarihi : 16.6.2018 10:51:00
Yıldız Yıldız Yıldız Yıldız Yıldız Şiiri Değerlendir
Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!

Sevinc Arzulu