Seslenir indi Şiiri - Sevinc Arzulu

Sevinc Arzulu
3711

ŞİİR


28

TAKİPÇİ

Seslenir indi

Əvvəlki nizamı pozulan şeir,
Hər sözü min yerə yozulan şeir,
Sənin ölümünə yazılan şeir,
Mənim şərəfimə səslənir indi.

Eh, vaxtsız-vədəsiz solan arzular,
Sanki yüz yaşına dolan arzular.
Bir zaman ət-qanlı olan arzular,
Quruca xəyalla bəslənir indi

Özünə imarət qurub keçmişdi,
Mərdanə ayağa durub keçmişdi.
Ümidim on üçü vurub keçmişdi,
Bəs niyə təzədən nəslənir indi.
24.05.2015

Sevinc Arzulu
Kayıt Tarihi : 8.6.2018 07:02:00
Yıldız Yıldız Yıldız Yıldız Yıldız Şiiri Değerlendir
Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!

Sevinc Arzulu