Sene Mektub Yazıram Şiiri - Sevinc Arzulu

Sevinc Arzulu
3719

ŞİİR


28

TAKİPÇİ

Sene Mektub Yazıram


SƏNƏ MƏKTUB YAZIRAM

Sənə məktub yazıram,
Yazıram ki qayıt gəl.
Yolların uzunluğu.
Sənə olmasın əngəl.

Sənə məktub yazıram,
Gözümün yağışıyla.
İncitmişəm, bilirəm,
Nolar, məni bağışla.

Sənə məktub yazıram,
Al qırmızı qanımla.
Məni təkbətək qoyma,
Susmayan vicdanımla.

Sənə məktub yazıram,
Od tək alışan sözlə.
Nə demədin ayrıldıq,
Nə də demədin gözlə.

Sənə məktub yazıram,
İldırım işığında.
Xatirəmiz parlayar,
Rəngli göy qurşağında.

Sənə məktub yazıram,
Bənövşəyi, qırmızı.
Daha hansı rəng seçsin,
Sənin bu aran qızın.

Sənə məktub yazıram,
Sözümün qüdrətiylə.
Yollarına baxıram.
Gözümün cürətiylə.

Sənə məktub yazıram,
Bircə cümlə oxu sən.
Kədərimin ən azı,
Fərəhimin çoxu sən.

Sənə məktub yazıram,
Azalmasın duyğular.
Ömrümün sonunadək,
Sənli olsun uyğular.

Sevinc Arzulu
Kayıt Tarihi : 5.7.2025 10:58:00
Yıldız Yıldız Yıldız Yıldız Yıldız Şiiri Değerlendir
Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!