Sene Şiiri - Metin Mammadov

Metin Mammadov
8

ŞİİR


0

TAKİPÇİ

Sene

SƏNƏ

Məni gülüşünə həsrət qoydun sən,
Heç nəyə həsrətin olmasın gülüm.
Sənsiz bir an belə olammadım şən,
Heç qəmli günlərin olmasın gülüm.

Baxırsan, nə olsun, amma görmürsən,
Bir əğyar, uzağa səni aparır.
Yaxşı ki, mənimtək sən də ölmürsən,
Sənsizlik həyatdan məni qoparır.

Çətin bir tapmaca yaşayırıq biz,
Beş addım uzaqda oturubsan, bax.
Amma nədəndirsə bizim qəlbimiz,
İndi bir-birindən olubdur uzaq.

Bəlkə də uzatsam əlim dəyəcək,
Toxuna biləcəm narin əlinə.
Toxunsam ruhumu nur bəzəcəyək,
Gəl gör ki ruhumuz çöküb dərinə.

Bax yenə yuxusuz qoyursan məni,
Özünsə neçənci yuxudasan bəs?
Yatıb yuxularda görsəm mən səni,
Əbədi yataram, oyanmaq əbəs.

Qoy olsun gözəlim, razıyam yenə,
Təki sən yuxusuz qalma mənimtək.
Gözün baxmasa da mən olan yönə,
Yuxular olmasın sənə qənimtək.

Metin Mammadov
Kayıt Tarihi : 5.3.2026 05:50:00
Yıldız Yıldız Yıldız Yıldız Yıldız Şiiri Değerlendir
Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!