Günəş gedər batmağa,
Muradına çatmağa.
Gecə rahat yatmağa,
Verirsən aman, qızım.
Ay mənim Səma qızım.
Sevindirər bizləri,
Qığıltıdır sözləri.
İşıldayar gözlətri,
Qaşları kaman qızım.
Ay mənim Səma qızım.
Gözdən itən deyiləm,
Çöldə bitən deyiləm.
Tələsən mən deyiləm,
Şütüyür zaman qızım.
Ay mənim Səma qızım.
Günəş Ayla yarışır,
Gah küsür, gah barışır.
Ulduzları sayrışır,
Mavidir səman, qızım.
Ay mənim Səma qızım.
Atanın ulduzusan,
Ananın bal qızısan.
Hamının arzususan,
İstəyin taman, qızım.
Ay mənim Səma qızım.
Kayıt Tarihi : 29.6.2025 07:17:00





© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.
Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!