Şeirleşmişem Şiiri - Sevinc Arzulu

Sevinc Arzulu
3698

ŞİİR


27

TAKİPÇİ

Şeirleşmişem


Alın yasısından qaçammaz kimsə,
Günəş tək nurunu saçammaz kimsə.
Mənim tilsimimi açammaz kimsə,
Oduna düşübən sehrləşmişəm.

Həsrətin sevinci, fərəhi udib,
Gəl mənə ümid ver yalnız bir udum.
Üzümü o uca göylərə tutub,
Gün ilə, Ay ilə xeyrləşmişəm.

Xəyallar içində azmışam, gülüm.
Simləri qırılmış sazmışam, gülüm.
O qədər şeirlər yazmışam, gülüm.
Özüm də bir azca şeirləşmişəm.

Sevinc Arzulu
Kayıt Tarihi : 29.6.2018 10:26:00
Yıldız Yıldız Yıldız Yıldız Yıldız Şiiri Değerlendir
Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!

Sevinc Arzulu