Ana içeriğe atla

Şehidim Şiiri - Sevinc Arzulu

Antoloji.com mobil uygulaması Şiirler, şairler, mesajlarınız ve gruplarınız telefonunuzda. iPhone ve Android için ücretsiz. Uygulamayı İndirİndir
Sevinc Arzulu
3889

ŞİİR


29

TAKİPÇİ

Şehidim

Düşmənin üzünə şərəflə baxdın,
Nədən qara gəldi taleyin, baxtın.
Allahın yanında çox uca taxtın,
Vətənçün canından keçən Şəhidim.

Tanrı qismət etdi ömrün azını,
Qarlı qış eylədi güllü yazını.
Fələk puç eylədi bütün arzunu,
Dünyadan çox cavan köçən Şəhidim.

Kədər qəlb evini de, necə sökməz,
Bu dərdin ağrısın kimsələr çəkməz.
Düşmənim önünüdə heç vaxt diz çökməz,
Şəhidlik yolunu seçən şəhidim.

Sevinc Arzulu
Kayıt Tarihi : 24.11.2026 09:31:00
Yıldız Yıldız Yıldız Yıldız Yıldız Şiiri Değerlendir
Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!