Həsrətin lal qorxusundan,
Dünyanın kal qoxusundan,
Sevdanın bal yuxusundan,
Ayılmadıq, ayılmadıq.
Hiss-düyğudan bolduq,amma,
Qəm gülünü yolduq,amma,
Hərdən xoşbəxt olduq,amma,
Bayılmadıq, bayılmadıq.
Çiynimizdə zərif lələk,
Vəslin görüşünə gələk.
Tanrım, heyf qoşa mələk,
Sayılmadıq, sayılmadıq.
Sevinc Arzulu
Kayıt Tarihi : 30.6.2018 13:51:00





© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!