Sarısıyam ben Şiiri - Sevinc Arzulu

Sevinc Arzulu
3711

ŞİİR


28

TAKİPÇİ

Sarısıyam ben

Küləklə birlikdə sovrulmuşam ki,
Günəşin nurunda qovrulmuşam ki.
Anadan beləcə doğulmuşam ki,
Solğun çiçəklərin sarısıyam mən.

Lalənin qapqara xalam üzündə,
Qüssəylə, kədərlə baxıb süzün də.
Yadigaq qalmışam çölün düzündə,
Uçulmuş evlərin barısıyam mən.

Mən necə oyadım, dostum, yatmışı,
Gəmisi dənizdə çoxdan batmışı.
Eh, yaşım ötməyib hələ altmışı,
Sanırlar illərin qarısıyam mən.

Olmuşam həmişə duz və çörəkli,
Çətinə düşənçün dainm gərəkli.
De, necə gəzirsən belə ürəkli,
Çünki ürəyinin yarısıyam mən.

Bilirsən, əzizidir yanımda xətrin,
Sənə ünvanlanıb şerin hər sətri,
Bürüyüb dünyanı qızılgül ətri,

Sevinc Arzulu
Kayıt Tarihi : 21.4.2022 14:51:00
Yıldız Yıldız Yıldız Yıldız Yıldız Şiiri Değerlendir
Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!

Sevinc Arzulu