Sarışın Şiiri - Sevinc Arzulu

Sevinc Arzulu
2972

ŞİİR


20

TAKİPÇİ

Sarışın

Seyr eylə bahar çağını,
Təbiətin növrağını.
Tökürsən qaş-qabağını,
Bir sözümdən küsən kimi.

Eh, çıxmısan uzaq yola,
Ala gözlər dola-dola.
Yellənirsən sağa-sola,
Azca külək əsən kimi.

Sən sülhünsən, barışınsan,
Boyu bircə qarışınsan.
Allah, necə sarışınsan,
Sarı sünbül süsən kimi.

Sevinc Arzulu
Kayıt Tarihi : 25.2.2021 05:03:00
Şiiri Değerlendir
Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!