Daha darıxmayacam
O qara gözlərinçün.
Şənimə deyilməyən
Şipşirin sözlərinçün.
Bu gedişlə yenidən
Geriyə dönəcəksən.
Bir vaxt günəş olsan da
Ulduz tək sönəcəksən.
Səni mənim əlimdən
Alanda o zalım xar,
Bilmirdimi dünyada
Haqq-ədalət, divan var.
Nədən belə al günəşin
Ümidimi sozaltdı?
Bu nigaran baxşıma,
Xatirələr söz atdı.
Döydü bizi xatirələr
Yağış kimi, qar kimi.
Eh, partladı xəyallarım
Şaxta vurmuş şar kimi.
26.04.2018
Kayıt Tarihi : 5.5.2018 07:45:00





© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!