Parlaq yansın uldunuz,
Əskik olmasın ruzunuz.
Iki oğul, bir qızınız,
Siz ən şirin Ana, xanım.
Şamama xanım.
Gözəl sözlər dilinizdə,
Xoş məqamlar ilinizdə.
Arzum budur evinizdə,
Işığınız yana, xanım.
Şamama xanım.
Min bir qəşəng oyun görün,
Nəvələrin boyun görün.
Siz onların toyun görün,
Yetin arzu-kama, xanım.
Şamama xanım.
Hicranın yerin dəyişək,
Ayrılıqla biz əyişək.
Gərəkdir tez-tez görüşək,
Mən gəlim ilhama xanım.
Şamama xanım.
Ay canım-gözüm deyərəm,
Bişirər közüm yeyərəm.
Gündüzü özüm yeyərəm,
Qonaq edin şama xanım.
Şamama xanım.
Kayıt Tarihi : 7.1.2023 10:56:00





© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.
Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!