O günlərin xatirəsi,
Hələ də köksümdədir.
O ünlərin payız səsi,
Məhəbbət köşkümdədir.
Indi baxan biləcəkmi,
Həsrətin tarixini.
Kim pozaraq siləcək ki,
Ayrılıq arxivini.
Durub dolanıb başıma,
Pərvanələr çox yanıb.
Hər qayama, hər daşıma
Min əfsanə yaranıb.
Ağrılarım ilmə-ilmə,
Naxış-naxış tökülüb.
Ürək sözüm kəlmə-kəlmə,
Baxış-baxış sökülüb.
Mənə qalan tək namədir,
Oxuduqca oxudum.
Həyatımız salnamədir,
Bircə yalan yoxuydu...
Kayıt Tarihi : 7.8.2020 06:30:00





© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!