Könlümdə həsrətin, hicranın yer eləmiş,
Gəl gör məni bu həsrət bircə anlıq neyləmiş!..
Dərdimi kimə deyim, kim anlasın bu qəlbi,
Sənə aça bilmirəm bu sevgini, bu qəlbi!..
Ömür uzun, gün qısa, ömrü yola salırıq,
Biz əgər seviriksə, həyatdan kam alırıq!..
Sən qəlbimdə, ruhumda, beynimdə yer salmısan,
Günəş kimi ucalıb ömrümə nur saçmısan!..
Sənə tərif yazmıram, tərif sənin özünsən,
Mən səndə mən olmuşam, səndə mənim özümsən!..
Gəl bu qəlbi hicranla saxlama, daha bəsdir,
Qəlbinin qapıların bağlama, daha bəsdir!..
Unutma, ey sevgilim, ömrümüz hədər gedir,
Bu gün var olan bir kəs sabah həyatdan gedir!..
Dünya fani dünyadır, gəl üzməyək heç kimi,
Ey Ulu Tanrım, mənim sevənləri bir-birindən
ayrı salma heç kimi!..
Kayıt Tarihi : 16.1.2007 10:24:00
Şiiri Değerlendir
© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.
Könlümdə həsrətin, hicranın yer eləmiş, Gəl gör məni bu həsrət bircə anlıq neyləmiş!..




Bu güzel çalışma ile karşılaştım.
Tebrik ederim
Yaşayacaklarınız,
Yaşadıklarınızdan daha renkli,
Daha hareketli,
daha bereketli
Geçmesi temennisi ile
Doğum gününüzü tebrik eder
Sağlık Afiyet Başarı dolu bir ömür
Yüce Rabbimden niyaz ederim
Osman ERDOĞMUŞ
SAKARYA
Qə lbinin qapıların bağlama daha bə sdir...!
Unutma ey sevgilim ömrümüz hə də r gedir,
Bu gün var olan bir kə s sabah hə yatdan gedir...!
çok güzel olmuş elinize emeğinize sağlık
TÜM YORUMLAR (2)