Qüsseli guşe Şiiri - Sevinc Arzulu

Sevinc Arzulu
3716

ŞİİR


28

TAKİPÇİ

Qüsseli guşe

QÜSSƏLİ GUŞƏ

Ürəyim dözməyir hıçqırığına,
Qaragöz vüsala gəl-gəl deyirəm.
Toxunma xəyalın qırıqlığına,
Mən ki ayrılığa əngəl deyiləm.

Izləyib gedişi ta sonunadək,
Özüm addım-addım geriləmişəm.
Qalxıb ulduzların ta yanınacan,
Buludun üstündə yer eləmişəm.

Həyat daha aydın görünür ordan,
Gözümün önündə olub-keçənlər.
Ürək də sürətlə döyünür orda,
Vüsal badəsini dolu seçənlər.

Həsədlə baxıram gedən qocaya,
Görəsən nə varmış dağarcığında.
Daha cırcırama nəğmə oxumur,
Köksümüm qaralan qabarcığında.

Bəzən dizin-dizin süründüyümdən,
Ömrümün yolunu şüşə etmişəm.
Sənsizlik tülünə büründüyümdən,
Könlümü qüssəli guşə etmişəm.
26.04.2018

Sevinc Arzulu
Kayıt Tarihi : 29.4.2018 08:39:00
Yıldız Yıldız Yıldız Yıldız Yıldız Şiiri Değerlendir
Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!

Sevinc Arzulu