Qum adası Şiiri - Sevinc Arzulu

Sevinc Arzulu
3698

ŞİİR


27

TAKİPÇİ

Qum adası

Sən sahildə sal qayasan,
Mən dənizdə bir qum-ada.
Qumu çətin dost sayasan,
Hərlər məni hey qan-qada.

Yuyuluram yavaş-yavaş,
Oyuluram yavaş-yavaş.
Dərdi-qəmi çox olacam,
Axır bir gün yox olacam.

Nədən sonsuz məsafə var
Ay əzizm, aramızda.
Nisgil yatar, kədər yatar
Bizim könül yaramızda.

Əllərinə əlim çatmaz,
Qumlarıma sənin daşın.
Mənə qovuşmaq fikrindən,
Əbədilik ,gülüm,daşın.

Daim mənim başım üstdə,
Qara-qara şimşək çaxır.
Göy sulara qarışacam,
Belə getsə əvvəl-axır.

Mən sənintək daş olmadım,
Əbədilik qalım deyə.
Nə gözündə yaş olmadım,
Üzündə iz salım deyə.

Sadəcə bir qum adası,
Olmağa tək gücüm çatdı.
Neynəyim ki, ay qadası
Arzu gəmim tezcə batdı.

Sən daş oldun, daş qalarsan,
Mənim kimi qum olma, bax.
Alınmayan bir qalasan,
Zirvəndən gözmuncuğu tax..

Sevinc Arzulu
Kayıt Tarihi : 30.6.2018 17:39:00
Yıldız Yıldız Yıldız Yıldız Yıldız Şiiri Değerlendir
Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!

Sevinc Arzulu