Qübarı gör Şiiri - Sevinc Arzulu

Sevinc Arzulu
3698

ŞİİR


27

TAKİPÇİ

Qübarı gör

Kədərdə məziyyətə bax,
Verdiyi əziyyətə bax.
Düşdüyüm vəziyyətə bax,
Əllərimin qabarın gör.

Yalan çıxar nədən doğru,
Hanı fərəh gəzən oğru.
Yaman tutub yenə ağrı,
Ürəyimin qübarın gör.

Batsın könül adan, əğyar
Daim vüsal dadan əğyar.
Uduzan mən, udan əğyar,
Bu fələyin qumarın gör.

Sevinc Arzulu
Kayıt Tarihi : 27.6.2018 15:09:00
Yıldız Yıldız Yıldız Yıldız Yıldız Şiiri Değerlendir
Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!

Sevinc Arzulu