Qovur meni Şiiri - Sevinc Arzulu

Sevinc Arzulu
3711

ŞİİR


28

TAKİPÇİ

Qovur meni


Xəyalım bir yerdə tutmayır qərar,
Sərgərdan küləklər hey qovur məni.
Söyləmə,şənlikdə qalmağa nə var,
Həzin nəğmə çalan ney qovur məni.

Ümidim ağappaq səmənd olsa da,
Fikrim günəş rəngli dəmənd olsa da,
Ahım asimana bülənd olsada,
Saxlaya bilməyir göy,qovur məni.

Qəm məskən salmışdır qara çadırda,
Ədası,işvəsi göz aldadır da.
Içmək istəmirəm,zəhər dadır da
Tale əldə şərab,mey qovur məni.

Sevinc Arzulu
Kayıt Tarihi : 20.6.2018 15:53:00
Yıldız Yıldız Yıldız Yıldız Yıldız Şiiri Değerlendir
Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!

Sevinc Arzulu