Sevgi deyil oyuncaq,
Sevgililər oduncaq.
Mən həsrəti qovunca,
Həsrət məni “qış”dadı.
Ayrılıq qayığında,
Mağara oyuğunda,
Acının soyuğunda,
Eh, bahar da qış dadır.
Sevginin özəlliyi,
Vüsalın əzəlliyi.
Təbiət gözəlliyi,
Bəyazlıq da, qışdadır.
Kayıt Tarihi : 7.10.2019 16:01:00





© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!