Həyat al gülləri dayaz əkəcək,
Üstünə əlini ayaz çəkəcək.
Üzümə -gözümə payız çökəcək,
Qəlbimdə əbədi qış qışlayacaq.
Ürəyim yuxadan nazik olacaq,
Bir azca ovulub əzik olacaq.
Qiyməti bilinməz üzük olacam,
Təbiət zərgər tək qaş qaşlayacaq.
Lal klönlüm dərd-qəmə əcəb nişangah,
Olanlar –ötənlər muğamat, Segah.
Bu dünya əzəldən güllü seyrangah,
Mələklər ov edib quş quşlayacaq.
28.03.2013
Sevinc Arzulu
Kayıt Tarihi : 9.6.2018 17:33:00





© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!