Şəninə həmişə söz deyəcəyəm,
Hicrana, möhnətə “döz”-deyəcəyəm.
Yolunu həsrətlə gözləyəcəyəm,
Bilirəm, heç zaman gəlməyəcəksən.
Sən mənim qədrimi bilməyəcəksən.
Köksünü ötürmə hər addımbaşı,
Nə mən xam deyiləm, nə də sən naşı.
Bəlkə də könlünə axır göz yaşın,
Bir daha ürəkdən gülməyəcəksən.
Sən mənim qədrimi bilməyəcəksən.
Gözümdən süzülür könlümün qəmi,
Sənə təsir etməz gözümün nəmi.
Qəlbimdə taqətlə dözümün cəmi,
Bu dərdi mənimlə bölməyəcəksən.
Sən mənim qədrimi bilməyəcəksən.
Kayıt Tarihi : 30.6.2018 17:36:00





© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!