Qayıtmısan Şiiri - Sevinc Arzulu

Sevinc Arzulu
3711

ŞİİR


28

TAKİPÇİ

Qayıtmısan

Dediyini etmisən,
Muradına yetmisən.
Bahar təkin getmisən,
Qış olub qayıtmısan.

Göydən yerə mar yağa,
Şaxta düşə, qar yağa.
Quzğuna və qarğaya,
Nuş olub qayıtmısan.

Suyla dolu sənəkdin,
Zarafatdın, hənəkdin.
Zər xallı kəpənəkdin,
Quş olub qayıtmısan.

Uçulmaz imarətdin,
Qaçılmaz ibadətdin.
Qum-gildən ibarətdin,
Daş olub qayıtmısan.

Faydasız sözlərim də,
Alışmaz közlərim də.
Alaca gözlərimdə,
Yaş olub qayıtmısan.

Sevinc Arzulu
Kayıt Tarihi : 7.5.2025 06:31:00
Yıldız Yıldız Yıldız Yıldız Yıldız Şiiri Değerlendir
Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!